Faiz Sucuoğlu: "Azərbaycanın Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətini tanıması mühüm addım olar"

Şimali Kıbrıs (Kipr) Türk Respublikasının (KKTC) Baş naziri Faiz Sucuoğlu Azərbaycanın KKTC-ni tanımasının mühüm addım olacağını bildirib.

1762251

KKTC-də hökumət qurulduqdan sonra paytaxt Ankaraya ilk rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən Faiz Sucuoğlu gündəmlə bağlı qiymətləndirmələr aparıb.

KKTC və Türkiyənin “iki dövlət bir millət” olduğunu vurğulayan Sucuoğlu "Bu, hər zaman belədir. Ümid edirəm edirəm ki, azərbaycanlı  qardaşlarımızla həm siyasi, həm də iqtisadi əlaqələrimiz daha da güclənəcəkdir. Gözləntimiz, xüsusilə qardaş olaraq, eyni kökdən gəldiyimiz, eyni dili danışdığımız, eyni dini paylaşdığımız Azərbaycanın da KKTC-ni tanımasıdır. Bu, əhəmiyyətli bir addım olar" deyib.

“Artıq (Kiprdə) federasiya yoxdur. Bundan sonra iki suveren, bərabərhüquqlu dövlət statusu var. Bu mövzuda Prezident Ersin Tatarın güclü mövqeyi və Prezident Rəcəb Tayyib Ərdoğanın inanılmaz dəstəyi var” deyə Baş nazir Faiz Sucuoğlu vurğulayıb.

Әlaqәli Xәbәrlәr