Azerbaycan MN: ‘‘Ermənistan ötən gecə dövlət sərhədində yenidən təxribatlar törədib’’

Azǝrbaycan Müdafiǝ Nazirliyi Ermǝnistan Silahlı Qüvvǝlǝrinin gecǝ ǝrzindǝ Azǝrbaycan Ordusunun mövqelǝrini atǝşǝ tutduğunu açıqlayıb.

1761322
Azerbaycan MN: ‘‘Ermənistan ötən gecə dövlət sərhədində yenidən təxribatlar törədib’’

Azǝrbaycan Müdafiǝ Nazirliyi Ermǝnistan Silahlı Qüvvǝlǝrinin gecǝ ǝrzindǝ Azǝrbaycan Ordusunun mövqelǝrini atǝşǝ tutduğunu açıqlayıb.

Azǝrbaycan Müdafiǝ Nazirliyinin bǝyanatında bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.

Bǝyanatda hǝmçinin qeyd olunub ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.

Mǝlumatda qeyd olunub ki, ǝməliyyat şəraiti Azǝrbaycan Ordusunun  bölmǝlǝrinin  nəzarəti altındadır.

Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.



Әlaqәli Xәbәrlәr