“Sülhməramlı qüvvələr Qazaxıstandan 10 günə tam çıxacaq”, K.J.Tokayev

Parlamentdə Qazaxıstanda hazırki vəziyyətlə bağlı çıxış edən dövlət başçısı deyib...

1760988
“Sülhməramlı qüvvələr Qazaxıstandan 10 günə tam çıxacaq”, K.J.Tokayev

 

  Prezident Kasım Jomard Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrinin 2 gündən sonra mərhələli şəkildə ölkədən çıxmağa başlayacaqlarını söylədi.

  Parlamentdə Qazaxıstanda hazırki vəziyyətlə bağlı çıxış edən dövlət başçısı deyib: “Qazaxıstana qarşı bir terror müharibəsi başlanmışdı. Terrorçulara qarşı əməliyyatın ən çətin hissəsi sovuşduruldu və vəziyyət sabitliyə qovuşdu.

  Biz ölkədəki vəziyyəti düzəltmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi dəstək istədik. Bu, qanuni tələbimiz idi. Qərar öncəsi Almatı üzərindəki idarəmizi tamamilə itirmək üzrəydik. Almatını itirsəydik, paytaxtı və bütün ölkəni itirərdik.

  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı missiyası müvəffəqiyyətlə tamamlandı. Artıq bu hərbi qüvvələr 2 gün sonra mərhələli şəkildə Qazaxıstandan çıxmağa başlayacaq. Tam çıxma müddəti ən gec 10 gün çəkəcək."

  Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Təhlükəsizlik Şurasının qərarı ilə Qazaxıstana 2300 əsgər və 250 təchizat göndərmişdi.



Әlaqәli Xәbәrlәr