“Cəhənnəm qapısı”nın söndürülməsi üçün təlimat verildi

Q. Berdimuhamedov Nazirlər Kabineti iclasında etdiyi çıxışında Dərvəzə bölgəsində uzun illərdir böyük miqdarda qazın yandığını və bu vəziyyətin həm ətraf mühit, həm də orada yaşayan insanların sağlığına mənfi təsir etdiyini söyləyib

1759637
“Cəhənnəm qapısı”nın söndürülməsi üçün təlimat verildi

 

  Türkmənistan prezidenti Qurbanquli Berdimuhamedov Dərvəzə qaz kraterində 1971-ci ildən bəri yanan alovun söndürülməsi üçün işə başlamaq təlimatı verdi.

  Q. Berdimuhamedov Nazirlər Kabineti iclasında etdiyi çıxışında Dərvəzə bölgəsində uzun illərdir böyük miqdarda qazın yandığını və bu vəziyyətin həm ətraf mühit, həm də orada yaşayan insanların sağlığına mənfi təsir etdiyini söyləyib.

  “Dərvəzədə ölkəyə mühüm gəlir gətirə biləcək bir qaynaq heç olur” deyən prezident hökumətə yerli və xarici alim və mütəxəssiləri bir araya gətirərək yanğını söndürmək üçün yollar axtarmaq təlimatı verib.

  Qeyd edək ki, SSRİ dövründə geoloqların çalışması zamanı səhvən yanan krater 1971-ci ildən bəri aktiv vəziyyətdədir. Amma “Cəhənnəm qapısı” kimi tanınan bu krater turistlərin marağını cəlb edir.



Әlaqәli Xәbәrlәr