Kərim Məsimov dövlətə xəyanət maddəsilə istintaqa cəlb edilib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsindən verilən məlumatda bildirilir ki...

1759259
Kərim Məsimov dövlətə xəyanət maddəsilə istintaqa cəlb edilib

 

  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin başçısı Kərim Məsimov “dövlətə xəyanət” maddəsi ilə nəzarətə alınıb.

  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsindən verilən məlumatda bildirilir ki, komitə tərəfindən 6 yanvarda Qazaxıstan Respublikası Cəza Qanununun dövlətə xəyanət maddəsi ilə istintaq başlanılıb.

  K.Məsimov nəzarətə götürülən digər adamlarla birlikdə müvəqqəti həbs kamerasındadır.

  Qeyd edək ki, 2016-cı ildə vəzifəyə gələn Kərim Məsimov mayeləşdirilmiş təbii qaz (LNG) qiymətinin artması səbəbindən başlayan, ölkənin qərb və cənub şəhərlərinə yayılan etirazlara görə 6 yanvarda Qazaxıstan prezidenti Kasım Jomard Tokayevin qərarı ilə Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.

  Bundan əvvəl Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qohumu Samat Abiş Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən uzaqlaşdırılmışdı.

  Qazaxıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölkədə 2 yanvarda maye yanacaq qiymətinin artırılmasıyla əlaqədar baş verən hadisələrdə aralarında başqa ölkə vətəndaşlarının da olduğu 4266 nəfər nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr