Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1759369
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 yanvar 2022)

 

   Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 630 yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 620 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 605 min 58 nəfər müalicə olunaraq sağalıb, 8437 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 7 min 184 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 262, bu günə qədər isə ümumilikdə 5 milyon 933 min 628 test icra olunub.

  Yanvarın 8-də Azərbaycanda 32 min 306 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyadan keçib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 869 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 249 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 471 min 597, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 181 min 783, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 692 min 515, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 597 min 299 nəfərdir.



Әlaqәli Xәbәrlәr