Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1757637
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 553 yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 618 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 603 min 55 nəfər müalicə olunaraq sağalıb, 8 min 409 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 454 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 527, bu günə qədər isə ümumilikdə 5 milyon 899 min 183 test icra olunub.

  Yanvarın 5-də Azərbaycanda 27 min 417 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 453 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 453 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 373 min 965, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 171 min 942, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 680 min 213 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 521 min 810 nəfərdir.



Әlaqәli Xәbәrlәr