Azərbaycandan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək

"Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir".

1753164
Azərbaycandan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək

TRT-nin AZƏRTAC-a istinad etdiyi xəbərinə görə bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Türkiyənin bütün səviyyələrdə verdiyi mesajları yüksək qiymətləndirir. "Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir əsası olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edir. Bu yaxınlarda Türkiyə və Ermənistanın münasibətlərinin normallaşması üçün hər iki ölkənin xüsusi nümayəndəsi təyin edilib. Xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyə ilə Ermənistan arasında birbaşa təmas qurmaq üçün yol xəritəsi hazırlanmalıdır”.

Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.



Әlaqәli Xәbәrlәr