Qırğızıstan xarici işlər nazirindən Türkiyəli iş adamlarına çağırış

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev türkiyəli iş adamlarını ölkəsi ilə və Türkiyə arasında ticari və iqtisadi əməkdaşlığın irəli pillələrə qaldırılması üçün investisiya fəaliyyətlərini artırmağa çağırıb.

1751072
Qırğızıstan xarici işlər nazirindən Türkiyəli iş adamlarına çağırış

Kazakbayev Türkiyə-Qırğızıstan İş Adamları, Mədəniyyət, Həmrəylik və Dostluq Dərnəyinin (TÜKİD) yaradılmasının birinci ildönümü münasibətilə paytaxt Bişkekdə təşkil edilən mərasimdə ölkəsindəki türk iş adamlarının sayının qənaətbəxş olmadığına diqqət çəkib: “Biz hər zaman yeni iş adamlarını qəbul etməyə hazırıq və qapımız onlara açıkdır. Xarici işlər naziri bütün problemləri həll edə bilməz. Lakin biz departman komandamızla sizinlə əməkdaşlığa, sizə dəstək olmağa, problemlərinizlə maraqlanmağa hazırıq”.

İnvestisiyalar üzrə nazir Nuradil Bayasov da Türkiyənin Çindən sonra Qırğızıstana ən çox investisiya yatıran ölkə olduğunu, 300-dən çox türk iş adamının Qırğızıstanda müxtəlif sahələrdə sərmayə qoyduğunu qeyd edib. Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadıq Doğan da mərasimdə etdiyi çıxışında Türkiyə ilə Qırğızıstan arasında intensiv qarşılıqlı səfərlərin dialoqun və strateji əməkdaşlığın inkişafının bariz göstəricisi olduğuna diqqət çəkib. Türkiyənin Manas Universiteti və Maarif Vəqfi Məktəbi ilə Qırğızıstanda təhsil sahəsinə ən çox sərmayə qoyan ölkə olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr