Azərbaycanda hərbi helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb

Bu barədə Azərbaycan Baş Prokurorluğu İstintaq idarəsinin rəis müavini açıqlama yayıb.

1749959
Azərbaycanda hərbi helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb

“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağan edici həcmdə olmayıb".

Bunu Azərbaycan Baş Prokurorluğu İstintaq idarəsinin rəis müavini, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.

O bildirib ki, helikopterin marşrutu üzrə hərəkətində qanun pozuntusu olmayıb: "Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı qəza olmayacaqdı".

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.



Әlaqәli Xәbәrlәr