Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1744844
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1853 nəfər müalicə olunaraq sağalıb, 1210 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 599 min 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 569 min 238 nəfər müalicə olunaraq sağalıb, 8019 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 22 min 21 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 33, bu günə qədər isə ümumilikdə 5 milyon 633 min 54 test icra olunub.

  Qeyd edək ki, dekabrın 8-də Azərbaycanda 33 min 245 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 355 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 941 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 772 min 313, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 107 min 205, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 601 min 258 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 63 min 850 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr