Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1744243
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1864 nəfər müalicə olunaraq sağalıb, 1530 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 598 min 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 567 min 385 nəfər müalicə olunaraq sağalıb, 8004 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 23 min 114 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 863, bu günə qədər isə ümumilikdə 5 milyon 621 min 21 test icra olunub.

  Qeyd edək ki, dekabrın 7-də Azərbaycanda 35 min 926 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 617 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 737 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 739 min 68, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 103 min 256, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 597 min 903 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 37 min 909 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr