Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1742807
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 2180 nəfər müalicə olunaraq sağalıb, 1703 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 593 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 560 min 999 nəfər müalicə olunaraq sağalıb, 7929 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 24 min 660 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 211, bu günə qədər isə ümumilikdə 5 milyon 578 min 401 test icra olunub.

  Qeyd edək ki, dekabrın 4-də Azərbaycanda 34 min 841 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 77, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 846 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 639 min 817, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 91 min 635, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 583 min 569 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 964 min 613 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr