Türkiyə Qırğızstanda  keçirilən seçkilərə münasibət bildirib

Türkiyə Qırğızıstanda parlamentə  keçirilən seçkilərin sülh və  əmin-amanlıq  şəraitində  keçirilməsini yüksək  qiymətləndirib.

1739924
Türkiyə Qırğızstanda  keçirilən seçkilərə münasibət bildirib

TRT-nin  xəbərinə  görə   bu  barədə   Xarici İşlər Nazirliyindən  açıpqlama  verilib.  Qeyd  edilib  ki, “28 noyabr 2021-ci ildə Qırğızıstan Respublikasında parlamentə  keçirilmiş seçkilərin sülh və əmin-amanlıq şəraitində uğurla başa çatmasını  yüksək qiymətləndiririk.  Türkiyə qardaş Qırğızıstanın sabitliyinə və firavanlığına üstünlük verir  və  parlament seçkilərinin Qırğızıstan üçün xeyrli   olmasını diləyir”. 



Әlaqәli Xәbәrlәr