Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1740373
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1091 nəfər müalicə olunaraq sağalıb, 857 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 586 min 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 552 min 815 nəfər müalicə olunaraq sağalıb, 7833 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 25 min 992 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 594, bu günə qədər isə ümumilikdə 5 milyon 526 min 664 test icra olunub.

  Qeyd edək ki, noyabrın 29-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 297 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, “buster” doza ilə peyvənd olunanların sayı isə 217 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 486 min 947, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 341, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 877 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 729 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr