Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1738807
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1835 nəfər müalicə olunaraq sağalıb, 1880 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 580 min 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 545 min 35 nəfər müalicə olunaraq sağalıb, 7736 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 27 min 736 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 352, bu günə qədər isə ümumilikdə 5 milyon 485 min 509 test icra olunub.

  Qeyd edək ki, noyabrın 25-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 32 min 720 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 447 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 128 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 396 min 37, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 63 min 688, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 544 min 439 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 787 min 910 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr