“ASELSAN-ın məhsulları yüksək keyfiyyətdədir”, Z.Həsənov

Z.Həsənov Azərbaycana gedən ASELSAN İdarə Heyətinin sədri və baş direktoru professor Haluk Görgünü qəbul edib

1737740
“ASELSAN-ın məhsulları yüksək keyfiyyətdədir”, Z.Həsənov

 

  Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun İkinci Qarabağ Müharibəsində istifadə etdiyi ASELSAN məhsullarının yüksək keyfiyyətdə olduğunu vurğuladı.

  Z.Həsənov Azərbaycana gedən ASELSAN İdarə Heyətinin sədri və baş direktoru professor Haluk Görgünü qəbul edib.

  Azərbaycan Müdafiə Nazirlikdən edilən şərhə görə, Zakir Həsənov Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı müsbət addımlar atıldığını, dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətlərinin iki ölkə əlaqələrinin bütün istiqamətlərdə inkişafında əhəmiyyətli rol oynadığını ifadə edib.

  Görüş zamanı müasir döyüş üsul və texnikaları ilə Türkiyə və Azərbaycanın hərbi təchizatlarını gücləndirmək üçün həyata keçirdikləri ortaq layihələr müzakirə olunub.



Әlaqәli Xәbәrlәr