Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1737192
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1283 nəfər müalicə olunaraq sağalıb, 825 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 574 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 539 min 494 nəfər müalicə olunaraq sağalıb, 7957 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 27 min 648 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 199, bu günə qədər isə ümumilikdə 5 milyon 449 min 379 test icra olunub.

  Qeyd edək ki, noyabrın 22-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 61 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 902 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 285 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 234 min 106, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 42 min 611, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 512 min 674 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 678 min 821 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr