Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1736149
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 2401 nəfər müalicə olunaraq sağalıb, 2233 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 570 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 533 min 175 nəfər müalicə olunaraq sağalıb, 7579 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 29 min 568 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 925, bu günə qədər isə ümumilikdə 5 milyon 418 min 169 test icra olunub.

  Qeyd edək ki, noyabrın 19-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 32 min 573 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 902 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 285 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 234 min 106, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 42 min 611, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 512 min 674 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 678 min 821 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr