Azərbaycan Müdafiə Nazirliyi: “Sərhəddə vəziyyət stabildir”

Azərbaycan müdafiə nazirliyi Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 7 hərbçinin şəhid olduğunu bildirib.

1735084
Azərbaycan Müdafiə Nazirliyi: “Sərhəddə vəziyyət stabildir”

Müdafiə Nazirliyinin açıqlamasında: “Şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralanan 10 nəfərə təcili şəfa arzulayırıq”.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin stabil olduğu ifadə edilən açıqlamada Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüranın tam iflasa uğradığı, əməliyyat şəraitinin Azərbaycan bölmələrinin nəzarəti altında olduğu qeyd edilib.

Açıqlamada vurğulanıb ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 



Әlaqәli Xәbәrlәr