Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1733309
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 2092 nəfər müalicə olunaraq sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 556 min 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 518 min 105 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 30 min 928 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 193, bu günə qədər isə ümumilikdə 5 milyon 334 min 410 test icra olunub.   

  Qeyd edək ki, noyabrın 12-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 38 min 82 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 32, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 580 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 470 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 21 min 688, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 12 min 689, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 464 min 36 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 544 min 963 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr