Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 oktyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1726893
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 oktyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1585 nəfər müalicə olunaraq sağalıb, 2189 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 529 min 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 492 min 374 nəfər müalicə olunaraq sağalıb, 7049 nəfər vəfat edib. Aktiv xəstə sayı 29.686 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 51, bu günə qədər isə ümumilikdə 5 milyon 183 min 839 test icra olunub.    

   Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 49 min 799 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 min 837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 962 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 617 min 755, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 227 min 329, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 390 min 426 nəfərdir.



Әlaqәli Xәbәrlәr