Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 oktyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1726704
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 oktyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1757 nəfər müalicə olunaraq sağalıb, 2132 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 526 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 490 min 789 nəfər müalicə olunaraq sağalıb, 7021 nəfər vəfat edib. Aktiv xəstə sayı 29.110 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 827, bu günə qədər isə ümumilikdə 5 milyon 158 min 35 test icra olunub.

   Qeyd edək ki, oktyabrın 29-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 49 min 44 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 min 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 488 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 567 min 956, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 492, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 377 min 464 nəfərdir.



Әlaqәli Xәbәrlәr