Hikmət Hacıyev: "Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”

Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxış edib.

1723516
Hikmət Hacıyev: "Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”

“Bu gün biz Türk Şurası dedikdə qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən hərtərfli əməkdaşlığı görürük. Bu, ilk növbədə siyasi əməkdaşlığımızdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.

H. Hacıyev “2019-cu ildə Bakıda keçirilmiş Zirvə toplantısında cənab Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycan öz sədrliyi dövründə əməkdaşlığımızın hərtərəfli inkişafına hər bir vəsilə ilə töhfə verməyə davam edəcək və bu əzmini ortaya qoyub. Məmnunluqda deyirəm ki, biz Azərbaycanın sədrliyi dövründə əməkdaşlığımızı daha da genişləndirdik”, - deyə vurğulayıb.

H. Hacıyev onu da deyib ki, dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir. Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab Prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”.



Әlaqәli Xәbәrlәr