Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1702550
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 sentyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 3423 nəfər müalicə olunaraq sağalıb, 3305 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 439 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 380 min 710 nəfər müalicə olunaraq sağalıb, 5800 nəfər vəfat edib. Aktiv xəstə sayı 53.052 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 172, bu günə qədər isə ümumilikdə 4 milyon 535 min 906 test icra olunub.       

   Qeyd edək ki, sentyabrın 4-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 78 min 604 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 174 min 297, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 329 min 571, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 844 min 726 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr