Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1702248
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 sentyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 3812 nəfər müalicə olunaraq sağalıb, 3762 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 436 min 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 377 min 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib. Aktiv xəstə sayı 53.210 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 17, bu günə qədər isə ümumilikdə 4 milyon 517 min 734 test icra olunub.       

   Qeyd edək ki, sentyabrın 3-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 85 min 760 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 min 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 644 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 95 min 693, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 287 min 967, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 807 min 726 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr