Azərbaycanın Türkiyədəki səfiri təyin edildi

Azərbaycan Prezident Administrasiyasının rəsmi internet saytından yayılan məlumata görə...

1680350
Azərbaycanın Türkiyədəki səfiri təyin edildi

 

  Azərbaycan Respublikanın prezidenti İlham Əliyev Rəşad Məmmədovu ölkənin Türkiyə səfiri təyin etdi.

  Azərbaycan Prezident Administrasiyasının rəsmi internet saytından yayılan məlumata görə, bundan əvvəl Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olmuş diplomat, hüquqşünas Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təsdiqlənib.

  İlham Əliyev başqa bir fərmanla 2017-ci ildə Azərbaycanın Türkiyə səfiri olmuş Xəzər İbrahimi Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

  Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində (1990-1995) təhsil alıb. Evlidir, üç övladı var.

 



Әlaqәli Xәbәrlәr