Türk Hava Yolları Qazaxıstanın Aktau şəhərinə uçuş təşkil etdi

Türk Hava Yollarının (THY) 255-ci destinasiyası Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau şəhəri oldu.

1679142
Türk Hava Yolları Qazaxıstanın Aktau şəhərinə uçuş təşkil etdi

Türk Hava Yollarının (THY) 255-ci destinasiyası Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau şəhəri oldu. 

THY bu gün Aktau şəhərinə ilk uçuşunu reallaşdırdı.

İstanbul-Aktau-İstanbul reysini həyata keçirən THY-nin təyyarəsi Aktau Hava Limanında mərasimlə qarşılanıb. 

Mərasimdə Türkiyənin Nur Sultan səfiri Ufuk Ekici, Mangistau əyalət valisi Serikbay Trumov, Türkiyənin Aktau Baş konsulu Muzaffer Akyıldırım, THY şöbə müdiri Həsən Savaş Erden və qonaqlarla mətbuat mənsubları qatılıb.

Səfir U. Ekici mərasimdən sonra verdiyi açıqlamada 30 il əvvəl Qazaxıstanın müstəqilliyini qazanması ilə Almatı Beynəlxalq Hava Limanına uçan ilk xarici hava yolu şirkətinin THY olduğunu xatırladıb.

"THY qeyd olunan tarixdən bəri Almatı və Nur Sultana müntəzəm uçuşlar həyata keçirir. Keçən may ayında Türküstana ilk uçuşunu etdi. Bu gün Aktuaya ilk səfərini reallaşdıraraq Kazaxıstandakı uçuş şəbəkəsini 4-ə çıxardı" deyib.

THY-nin İstanbul-Aktau-İstanbul reysi həftədə iki dəfə çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.



Әlaqәli Xәbәrlәr