Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 iyul 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1678008
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 iyul 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 79 nəfər müalicə olunaraq sağalıb, 251 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 338 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 331 min 429 nəfər müalicə olunaraq sağalıb, 4994 nəfər vəfat edib. Aktiv xəstə sayı 2414 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8479, bu günə qədər isə ümumilikdə 3 milyon 929 min 320 test aparılıb.   

  Qeyd edək ki, iyulun 20-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 26 min 36 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 10 min 666, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 15 min 370 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 383 min 875-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 591 min 666, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 792 min 209 nəfərdir.



Әlaqәli Xәbәrlәr