Charles Michel prezident İlham Əliyevin qəbulunda olub

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistandakı danışıqlarından sonra Azərbaycana keçən Avropa İttifaqının Ali Şurasının sədri Charles Michel ilə bir araya gəlib.

1677260
Charles Michel prezident İlham Əliyevin qəbulunda olub

Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Charles Michel ilə birgə keçirilən mətbuat konfransında: “İkinci Qarabağ müharibəsindən sonra bölgədəki bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Bölgədəki bütün kommunikasiyaların açılması münaqişədən sonrakı həll mərhələsində çox vacib bir məqamdır və bu, 10 noyabr tarixli Üçtərəfli Bəyanatda bəyanatda vurğulanır.”

Dövlət başçısı Azərbaycanın özünü nəqliyyat şəbəkəsini artıq diversifikasiya etdiyini vurğulayıb: "Avrasiyada ən vacib logistika nəqliyyat mərkəzlərindən birini yarada bildik".

Azərbaycan Prezidenti qeyd edib ki, “bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir.”

“Bölgədə dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma selektiv olmamalıdır. Bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır", - İlham Əliyev vurğulayıb.

Prezident Əliyev həmçinin, hazırda Azərbaycanın azad edilmiş ərazilərin infrastrukturunu aktiv şəkildə bərpa etdiyini də vurğulayıb.

Aİ Şurasının Prezidenti Charles Michel “Azərbaycan və Ermənistanla bağlı vəziyyəti” onun Bakıda Prezident İlham Əliyevlə müzakirə etdiyi məsələlərdən biri olduğuna diqqət çəkib.



Әlaqәli Xәbәrlәr