Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 iyul 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1677530
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 iyul 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 56 nəfər müalicə olunaraq sağalıb, 148 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 338 min 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 331 min 350 nəfər müalicə olunaraq sağalıb, 4994 nəfər vəfat edib. Aktiv xəstə sayı 2242 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6022, bu günə qədər isə ümumilikdə 3 milyon 920 min 841 test aparılıb.

  Qeyd edək ki, iyulun 19-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 483 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 181, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 302 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 357 min 839-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 581min, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 776 min 839 nəfərdir.



Әlaqәli Xәbәrlәr