Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 iyul 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1677048
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 iyul 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 94 nəfər müalicə olunaraq sağalıb, 255 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 338 min 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 331 min 294 nəfər müalicə olunaraq sağalıb, 4992 nəfər vəfat edib. Aktiv xəstə sayı 2152 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.

  Qeyd edək ki, iyulun 18-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 39 min 986 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 430, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 556 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 323 min 487-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 566 min 320, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 757 min 167 nəfərdir.



Әlaqәli Xәbәrlәr