“Biz buna görə Türkiyə dövlətinə və xalqına minnətdarıq”, Ş.Mustafayev

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb

1676646
“Biz buna görə Türkiyə dövlətinə və xalqına minnətdarıq”, Ş.Mustafayev
Mövlud Çavuşoğlu və Şahin Mustafayev_01.jpg

 

  Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişafı, energetika, nəqliyyat layihələri haqqında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

  Görüşdən sonra şərhində Şahin Mustafayev deyib: “Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının 5 ili tamam oldu. Bu hadisə türk xalqının birliyini nümayiş etdirdi. Türkiyədə bu hadisələr başlayan gündən Azərbaycan prezidenti İlham Əliyev və xalqımız türk qardaşlarımızın yanında oldu, onları dəstəklədi. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə dövləti və xalqı Azərbaycanın yanında oldu, bizə siyasi, mənəvi dəstək verdi. Biz buna görə Türkiyə dövlətinə və xalqına minnətdarıq”.



Әlaqәli Xәbәrlәr