Fuad Oqtay: "Özbəkistanın islahat və təşəbbüslərini dəstəkləyirik"

Vitse-prezidenti Fuad Oqtay Özbəkistan Baş nazirinin müavini Serdar Umurzakovla Daşkənddə keçirilən Hökumətlərarası Komissiya iclasından sonra mətbuata açıqlama verib.

1666400
Fuad Oqtay: "Özbəkistanın islahat və təşəbbüslərini dəstəkləyirik"

"Özbəkistanın islahat və təşəbbüslərini dəstəkləyirik. Türkiyə Özbəkistanın hər sahədə potensialının fərqindədir. Və qardaş Özbəkistana bunu daha irəli aparması üçün dəstək verməyə hazırdır".

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Özbəkistan Baş nazirinin müavini Serdar Umurzakovla Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Hökumətlərarası Komissiya iclasından sonra mətbuata birgə açıqlamada deyib.

Fuad Oqtay "İki ölkə olaraq birlikdə nəyə nail ola biləcəyimizi və ikitərəfli münasibətlərimizin bütün aspektlərini müzakirə etdik" deyib.

Oqtay Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcminin 2021-ci ilin ilk beş ayında əvvəlki il ilə müqayisədə 93 faiz artdığına və 1,5 milyard dollar səviyyəsinə çatdığına diqqət çəkərək, iki ölkə arasındakı ticarətdə milli valyutaların istifadəsinin  dəstəkləndiyini bildirib.

Türkiyənin Özbəkistanın islahat və təşəbbüslərini dəstəklədiyini vurğulayan Fuad Oqtay "Türkiyə Özbəkistanın hər sahədəki potensialından xəbərdardır. Və qardaş Özbəkistanı irəli aparmaq üçün dəstək verməyə hazırdır. Buna görə də buradayıq" deyib.

Vitse-prezident Fuad Oqtay cari ilin Türkiyə-Özbəkistan qardaşlığı ili olacağını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr