Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Aİ-nin yekun bəyannaməsinə reaksiya göstərib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Avropa İttifaqı (Aİ) Şurası İyun 2021 Liderlər Sammitinin yekun bəyannaməsində KKTC ile əlaqədar edən və qəbuledilməz ifadələrin yer aldığını bildirib.

1665353
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Aİ-nin yekun bəyannaməsinə reaksiya göstərib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Avropa İttifaqı (Aİ) Şurası İyun 2021 Liderlər Sammitinin yekun bəyannaməsində KKTC ile əlaqədar edən və qəbuledilməz ifadələrin yer aldığını bildirib.

KKTC Prezidentliyi tərəfindən verilən yazılı açıqlamada Kıbrıs Türk tərəfinin KKTC Prezidenti Ersin Tatarın seçilməsi ilə federasiya həll modelini hədəf alan danışıqların artıq tükəndiyini və real yeni bir zəminə ehtiyac olduğunu dəstəklədiyi qeyd edilib.

Açıqlamada Prezident Tatarın KKTC-nin suveren bərabərliyinə hörmət edilməsi və bərabər beynəlxalq statusunun qəbul edilməsilə yeni bir zəmin yaratmağın danışıqların müvəffəq olmasının qaçılmaz olduğunu dilə gətirdiyi ifadə edilib və tərəflərin statusları və qanununiliyi bərabər hala gətirilmədən Kıbrısda realist və davamlı razılığın olmayacağı vurğulanıb.

Açıqlamada Kıbrıs Türk tərəfinin qapalı Maraşı açmasının doğru istiqamətdə atılmış addım kimi dəyərləndirilməsinin gözləndiyi və Maraşla bağlı təşəbbüsün mülkiyyət hüquqları iddiaları və beynəlxalq hüququ nəzərə alaraq addımlar atıldığı qeyd olunub. 

Açıqlamada "Şərqi Aralıq dənizindəki gərginliyin azaldığını söyləməklə kifayətlənən Aİ Kıbrıs Türk tərəfinin qanuni haqq və maraqlarını qəsb etməyə davam edən Rum tərəfinin birtərəfli və qanunsuz hərəkətlərlə atdığı addımları görməzdən gələrək dəstəkləyir. Aİ-ni Kıbrısda iki tərəfin qanuni haqq və maraqlarına hörmətlə yanaşmağa və 2004-cü ildə kısrıslı türklər üzərindəki izolasiyanı qardırmaq istiqamətində bəyan etdiyi iradəni həyata keçirməyə dəvət edirik" deyilib.



Әlaqәli Xәbәrlәr