"Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissilə qeyd edir", S.Qafarova

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin iyunun 25-də keçirilən iclasında çıxış edib.

1664656
"Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissilə qeyd edir", S.Qafarova

"Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazdı. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edildi. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas olundu".

Azərtac informasiya agentliyinin məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin iyunun 25-də keçirilən iclasında bildirib.

S.Qafarova deyib ki, tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarıb və ruhunu təzələyib. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

“Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaqdır.

Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcək”, - deyə Milli Məclisin sədri vurğulayıb.

 

 

 



Әlaqәli Xәbәrlәr