Özbəkistan TÜRKPA-ya daxil olmağı qərara aldı

Bu barədə Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadıq Səfayev deyib

1663456
Özbəkistan TÜRKPA-ya daxil olmağı qərara aldı

 

  Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olmağı qərara alıb. Bu barədə Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadıq Səfayev Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçmanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən məlumat deyib. Nümayəndə heyətinə Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları da daxil olub.

  Tərəflər Özbəkistanla Türk Şurasının üzvü olan dövlətlər, həmçinin Özbəkistan parlamenti ilə TÜRKPA arasında ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

  Sadıq Səfayev deyib ki, Özbəkistan Türk Şurası ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Özbəkistan parlamenti də TÜRKPA ilə əlaqələrin inkişafında maraqlıdır.

  İsmet Uçma bildirib ki, Özbəkistan Türk dünyasında xüsusi yer tutur. TÜRKPA Özbəkistanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi əzmindədir.



Әlaqәli Xәbәrlәr