Ersin Tatar BMT-nin xüsusi nümayəndəsini qəbul edib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar BMT Baş katibinin Kıbrıs üzrə müvəqqəti xüsusi müşaviri Jane Holl Luteni qəbul edib.

1662931
Ersin Tatar BMT-nin xüsusi nümayəndəsini qəbul edib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar BMT Baş katibinin Kıbrıs üzrə müvəqqəti xüsusi müşaviri Jane Holl Luteni qəbul edib. 

Tatar görüşdən sonra verdiyi bəyanatda 27-29 aprel tarixlərində BMT-nin rəhbərliyi altında keçirilən qeyri-rəsmi Kıbrıs konfransını qiymətləndirdiklərini və Baş Katibin tərəfləri Cenevrəyə "yeni fikirlərini" öyrənməyə çağırdığını xatırladıb.

Tatar  Kıbrıs Türk tərəfinin prosesə bir yenilik gətirdiyini və konstruktiv bir mövqe ortaya qoyduğunu vurğulayaraq, BMT parametrləri olan "iki icmalı, iki bölgəli federal model"  mövzusunda illərdir razılaşma olmadığını söyləyib.

Prezident Tatar "Dövlətimizi qorumağa davam edirik və bundan sonra da qoruyacağıq. Bu gün Luteye Cenevrədəki mövqeyimizi (Kıbrısda suveren bərabərliyə əsaslanan, iki ayrı müstəqil dövlət)qoruduğumuzu söylədik" deyib.

20 iyul 1974-cü ildə Kıbrıs Sülh Əməliyyatı ilə adaya sülh gəldiyini xatırladan Tatar 1974-cü ildən bəri qan tökülmədiyini və barış atmosferinin davam etdiyini vurğulayıb.

"Biz heç vaxt suverenliyimizi müzakirə masasına gətirmərik, bu onsuz da bizim özümüzün qazanılmış haqqımızdır. Yan-yana yaşayan iki dövlətin iş birliyi ilə danışıqlar prosesi suverenlik əsasında başlaya bilər. Bu mərhələdə istənilən qeyri-rəsmi hər görüş üçün hazırıq, bunu Luteyə dedim" deyə Ersin Tatar qeyd edib.



Әlaqәli Xәbәrlәr