Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1662228
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 iyun)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb, 28 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan 1 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 335 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 599 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib. Aktiv xəstə sayı 959 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 680 min 977 test aparılıb. Bugünkü test sayı isə 5115-dir.     

  Qeyd edək ki, iyunun 21-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 215 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 204 nəfər olub.

  Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 989 min 673-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 949 min 646, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 40 min 27 nəfərdir.



Әlaqәli Xәbәrlәr