Bolqarıstan türklərinin şəxsiyyət ismi dünyasını dəyişdi

YTB-dən verilən yazılı məlumata görə

1660406
Bolqarıstan türklərinin şəxsiyyət ismi dünyasını dəyişdi

 

  Bolqarıstan türklərinin qabaqcıl adlarından olan Osman Kılıç paytaxt Ankarada vəfat etdi. Onun vəfatı türklər və müsəlmanlar arasında dərin kədər yaratdı.

  Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin (YTB) rəhbəri Abdullah Eren Bolqarıstan türklərinin simvolik şəxsiyyəti, diplomat və yazıçı Osman Kılıçın evinə gedərək ailəsinə başsağlı verib.

  YTB-dən verilən yazılı məlumata görə, A.Eren paylaşdığı ürək sözlərini belə ifadə edib: "Bolqarıstan türklərinin 101 yaşlı çinarı, gəncliyini Türklük və İslam yolunda kommunist rejiminin zindanlarına fəda edən əqidə adamı, Bumu Nüvvab mədrəsəsinin son müəllimi Osman Kılıç əmimiz Haqqa qovuşdu. Ruhu şad, məkanı cənnət olsun.

  Osman Kılıçın həyatı mübarizələrlə dolu böyük bir qəhrəmanlıq hekayəsi idi. Osman Əmiyə vəfa borcumuzu qismən də olsa verə bilmək üçün 100 yaşında xüsusi proqram hazırladıq, həyatından bəhs edən “Tale qurbanı” (Kader kurbanı) kitabını bolqar dilinə tərcümə etdik."



Әlaqәli Xәbәrlәr