Azərbaycanda TRT və Anadolu Agentiliyinə fəxri fərman təqdim edilib

Azərbaycan Xəzər Universiteti ilə Türkiyə Məzunu Akademiklər və İş Adamları Platforması tərəfindən Serdar Karagöz və İbrahim Erenə fəxri fərman təqdim edilib.

1659395
Azərbaycanda TRT və Anadolu Agentiliyinə fəxri fərman təqdim edilib

Azərbaycan Xəzər Universiteti ilə Türkiyə Məzunu Akademiklər və İş Adamları Platforması tərəfindən Anadolu Agentliyinin (AA) baş direktoru Serdar Karagöz və Türkiyə Radio və Televiziya İdarəsinin (TRT) baş direktoru İbrahim Erenə bu qurumların Qarabağ müharibəsindəki fəaliyyətlərinə görə fəxri fərman təqdim edilib. 

Xəzər Universitetində təşkil olunan mərasimə  universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı,  AA-nın baş deriktoru Serdar Karagöz, TRT-nin baş direktoru İbrahim Eren, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyədəki universitetləri bitirən akademiklər və tələbələr qatılıb. 

Mərasimdə çıxış edən prosefssor İsaxanlı "Biz gücün ədaləti təmin etməsini Qarabağ müharibəsində gördük. Türkiyənin hər sahədə Azərbaycanın yanında olması problemin həllində mühüm rol oynadı" deyib.

TRT-nin baş direktoru Eren isə, TRT-nin dünya miqyasındakı fəaliyyətləri haqqında məlumat verib, Türkiyə və Azərbaycanın haqq işini dünyaya çatdırdıqlarını vurğulayıb.

Yayımları ilə bütün dünyaya səs çatdırdıqlarını vurğulayan Eren Qarabağ müharibəsində də TRT müxbirlərinin dünyaya baş verənləri şərh etdiklərini vurğulayıb.

Eren "AA ilə birlikdə, böyük bir əməkdaşlıq içində dünyaya haqqı, ədaləti, əsrlər boyunca müdafiə etdiyimiz dəyərləri, dünyanı yeni silahı olan media ilə  çatdırırıq" deyib.

AA-nın baş direktoru Karagöz də deyib ki, bir yer işğaldan azad edilərkən, burada ən vacib məsələ dünyaya bunun həqiqətən bir azadlıq hərəkatı olduğunu şərh etməkdir. Azərbaycan öz hərbi qüvvələri ilə Qarabağı xilas etdi. Bu mənada beynəlxalq ictimaiyyətdən səs çıxmadı. Çünki AA və TRT bu ədalətli mübarizəni dünyaya o qədər yaxşı izah etdi ki, hamı qəbul etmək məcburiyyətində qaldı. AA və TRT-nin yayımları Azərbaycan ordusuna böyük töhfə verdi. Biz həqiqətləri gücümüzlə, ordumuzla birləşdirdik və dünyaya elan etdik.

YTB-nin rəhbəri Abdullah Eren də şəhid yaxınları və Qarabağ müharibəsi qaziləri üçün xüsusi bir kvota ayıracaqlarını bildirib.

"Bu ildən etibarən Azərbaycanın haqq işində həyatını itirən və ya yaralanan şəxslərin övladlarına Türkiyədə təhsil almaq imkanı verəcəyik. Qazi və şəhid övladları üçün Türkiyədə təhsil qapısını açacağıq" deyib.



Әlaqәli Xәbәrlәr