Mayın 18-dən “Sputnik V” vaksinindən də istifadə ediləcək

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb

1641056
Mayın 18-dən “Sputnik V” vaksinindən də istifadə ediləcək

 

  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

  Məlumatda deyilir: “Azərbaycan Respublikasında “Covid-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində başlanılacaq (ünvan: Azadlıq prospekti, 112). 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər”.

  Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.



Әlaqәli Xәbәrlәr