Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 may)

Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb.

1639057
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 may)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1427 nəfər müalicə olunaraq sağalıb, 509 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 328 min 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 min 198 nəfər müalicə olunaraq sağalıb, 4742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 728 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 360 min 900 test aparılıb. Bugünkü test sayı isə 7233-dür.



Әlaqәli Xәbәrlәr