Prezident Sadır Caparov evlərini tərk edən vətəndaşlarına çağırış edib

Qırğızıstan Prezidenti Sadır Caparov, Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurma səbəbiylə evlərini tərk edən 27 mindən çox vətəndaşı evlərinə qayıdmağa çağırıb.

1632806
Prezident Sadır Caparov evlərini tərk edən vətəndaşlarına çağırış edib

Caparov 1 May tarixində Qırğızıstan-Tacikistan arasında atəşkəs elan edilmdikdən sonra xarqa müraciət nitqində bu barədə danışıb. Prezident Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurma səbəbiylə evlərini tərk edən 27 mindən çox vətəndaşı iqamətgahlarına qayıtmağa çağırıb və təxribatlara biganə qalmalarını istəyib. Hadisələr nəticəsində zərər görən və yanan evlərin dövlət tərəfindən bərpa ediləcəyi barədə vəd verib. Bölgədəki vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.

Xatırladaq ki, 28 apreldə Qolovnoy adlanan su paylama şəbəkəsinə nəzarət səbəbiylə baş verən qarşıdurmada 49 nəfər həyatını itirdi, 260-dan çox adam yaralandı. 27 mindən çox Qırğızıstan vətəndaşı evlərini tərk etmək məcburiyyətində qaldı. 1 May tarixində isə tərəflər atəşkəs və qoşunların kazarmalara geri qaytarılması mövzusunda razılaşdılar.



Әlaqәli Xәbәrlәr