Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 aprel)

Azərbaycanda "Covid-19"la bağlı son vəziyyət.

1629300
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 aprel)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4429 nəfər vəfat edib, aktiv xəstə sayı 27904 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, ötən müddət ərzində isə ümumilikdə 3 206 917 test aparılıb.



Әlaqәli Xәbәrlәr