Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 aprel)

Azərbaycanda "Covid-19"la bağlı son vəziyyət.

1628730
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 aprel)

Azərbaycanda koronavirus (Covid-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1 224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 007 nəfərdir.

Azərbaycanda bu gün 365 nəfərə isə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələdə isə bu rəqəm 3 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 484 200 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr