Türk Hava Yolları Özbəkistanın daha iki şəhərinə uçuş təşkil edəcək

Özbəkistan Nəqliyyat Nazirliyinə bağlı Mülki Aviasiya İdarəsi Türk Hava Yollarına İstanbulla əlaqəli Ürgenç və Fergana uçuşlarına icazə verib.

1625202

Nazirliyin verdiyi açıqlamada Türk Hava Yollarının hal-hazırda Daşkənd və Səmərqəndə uçuşlar təşkil etdiyi xatırladılıb.

Ötən ay Özbəkistanda danışıqlar aparan xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan tərəfi ilə iki ölkə arasındakı uçuşların artırılmasını da müzakirə etdiklərini bildirmişdi.

Әlaqәli Xәbәrlәr