Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1622850
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 2163 nəfər yoluxub, 2251 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 296 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 260 min 193 nəfər müalicə olunaraq sağalıb, 4077 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 104 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 82 min 157 test aparılıb. Bugünkü test sayı isə 13.478-dir.                       



Әlaqәli Xәbәrlәr