Krım Tatar Milli Məclisi prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu ünvanlayıb

Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov Krım tatar türkləri üçün imzalanan mənzil layihəsi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu ünvanlayıb.

1622101

Çubarov "Facebook"da etdiyi paylaşımda məktubda KTMM adından Türkiyənin Ukraynanın suverenliyini dəstəyinə və Krım tatar türk xalqının haqlarını qrumaq barədəki həssaslığına minnətdar olduğunu bildirərək, iki ölkə arasında İstanbulda 10 apreldə imzalanan "Krım tatar xalqının nümayəndələri və Ukrayna vətəndaşlarının xeyriyyəçi kategorileri üçün mənzil tikintisi sahəində əməkdaşlığa dair çərçivə razılaşması"na görə Ərdoğana məktub göndərdiyini bildirib.

Məktubda KTMM-nin Türkiyənin Krımdan köç etmək məcburiyyətində qalmış Krım tatar türklərinin yaşayış səviyyələrini yüksəltmək üçün göstərdikləri səylərini təqdir etdiyi vurğulanıb.

İnşa ediləcək 500 mənzilin problemin ciddiliyini aradan qaldırmayacağı qeyd olunan məktubda əlavə 500 mənzilin tikilməsinin mümkünlüyünün qiymətləndirilməsi istənilib.

Ukrayna prezidenti Vladimir Zelenskinin 10 apreldə İstanbula səfəri çərçivəsində, Ukrayna Tikinti İnkişaf İdarəsi (TOKİ) tərəfindən Krım tatar türkləri üçün iki ölkə arasında müqavilə imzalanıb.

Әlaqәli Xәbәrlәr