Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 aprel)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1622125
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 aprel)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 2317 nəfər yoluxub, 2109 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 294 min 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 257 min 942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 224 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 68 min 679 test aparılıb. Bugünkü test sayı isə 14.207-dir.      



Әlaqәli Xәbәrlәr